Nəqliyyat qurumlarının Müşahidə Şuraları yaradılıb, tərkibləri və rəhbərləri təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamlara uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” (ADY), AZAL “BakuBus” və “Bakı Metropoliteni”nin Müşahidə Şurası yaradılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərbaycan Dəmir Yolları” və AZAL-ın Müşahidə Şurasına Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev rəhbərlik edəcək.

“BakuBus” və “Bakı Metropoliteni”nin Müşahidə Şurasına isə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəhbərlik edəcək.

Müşahidə Şuralarının tərkibi ilə bağlı daha ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Leave a Reply