Azərbaycan kinosunun və tarixinin unudulmaz qəhrəmanları bir filmdə – VİDEO

Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 75 illik yubileyi ilə bağlı film çəkilir.

TIME AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən bildirir ki, bu, R.Həsənoğlunun yubileyinə Azərbaycan Televiziyasının hədiyyəsidir.

Şərti adı “Uzun yolun bələdçisi” olan filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi isə Afaq Vasifqızıdır.

Filmdə Ramiz Həsənoğlunun bir zamanlar TV-də, teatrda, kinoda yaratdığı obrazlar – Topal Teymur, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım, Mirzə Fətəli bir araya gələcəklər. Lakin bu dəfə yeni ampluada.

Rejissorun ən yadda qalan qəhrəmanlarını elə onları yaradan aktyorlar – Cahangir Novruzov, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Elman Rəfiyev, Hacı İsmayılov, Dilarə Əliyeva, Rasim Balayev, Məmməd Səfa, İlham Namiq Kamal və digərləri canlandıracaq.

Ramiz Həsənoğlunun həyatından da parçaların nümayiş olunacağı filmin çəkilişləri hazırda davam edir.

Məlumat üçün bildirək ki, R.Həsənoğlu 13 aprel 1946-cı ildə anadan olub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma