Şagird və abituriyentlər üçün otk.az portalında yeni sınaq imtahanları

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi buraxılış (qəbul) imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

Bu gündən etibarən portala Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı (I,II,III,IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi) modelinə uyğun yeni sınaq imtahanları əlavə olunub. Şagird və abituriyentlər bu imtahanlardan istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma