Heydər Əliyev prospektində avtomobil aşaraq nəqliyyatın hərəkətini iflic edib- FOTO

Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

Trend-in Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi məlumata əsasən, bu səbəbdən də hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

Qeyd edək ki, iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri aşıb. Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Leave a Reply