Xüsusi karantin rejimi və ictimai nəqliyyatın hərəkətində məhdudiyyətlər iyun ayının 1-nə kimi uzadıldı

Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılır.

Aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

– 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

– 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

– 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

– 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

– 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

– 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

– 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

– 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

– 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin digər qərarına əsasən, bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Leave a Reply