Koronavirusla mübarizə davam edir- 40 yaşdan yuxarı vətəndaşları vaksinasiyası başlanır – VİDEO

Bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində 40-dan yuxarı olan vətəndaşların vaksinasıyası elan edilib.

TIME bildirir ki, brifinqdə ən çox yoluxma halının Bakıda (52,9%) müşahidə olunduğu qeyd edilib, Ümümdünya səhiyyə təşkilatının vaksinasiya tədbirlərini sürətləndirmək tövsiyyə etdiyini qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib ki, Bakıdan sonra Abşeron və Sumqayıt, Aran rayonları, Gəncə-Qazax rayonları üzrə yoluxma sayı yüksəkdir.

O, bildirib ki, Azərbaycanda qadınların arasında yoluxmaya daha çox rast gəlinir: “Bu gün sağalanların sayı əvvəlki yoluxmaların sayı ilə çox əlaqədardır. Ona görə də sağalanların sayının az olması təbiidir. Son günlərdə yoluxma sayında artım müşahidə edirik. Dekabrın sonlarında sərt karantinə keçdikdən sonra yeni yoluxmaların sayında ciddi azalmalar olmuşdu. Təəssüf ki, artımın olması gözlənilən nəticə idi”.

Birifinqdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib ki, virusla mübarizə məqsədi ilə Azərbaycana indiyədək 1,5 milyona yaxın vaksin gətirilib.

Dövlət rəsmisi onuda qeyd edib ki, mübahisəli “AstraZeneca” peyvəndi hələ Azərbaycana gətirilməyib:

“Vaksin ölkəyə gətirildikdə belə, biz ÜST-ün və digər beynəlxalq qurumların qərarına uyğun olaraq ondan istifadə edəcəyik”.

Ş. Mövsumov əlavə edib ki, gələcəkdə peyvənd olunmuş şəxslərə əlavə güzəştlərin verilməsi müzakirə olunur.

O bildirib ki, 500 mindən artıq şəxs peyvənd olunub: “Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur. Gələn həftədən başlayaraq, 40 yaşdan yuxarı vətəndaşların da vaksinasiyası başlanacaq. Əsasən, Bakı, Sumqayıt və Abşeron ərazisində vaksinasiya aparılacaq. Sonra bu, tədricən digər rayonlarda da həyata keçiriləcək”.

Ş.Mövsümov qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səyi nəticəsdində səhiyyənin gücü artırılıb. Hazırda xəstəxanalarda 10 min çarpayı ehtiyatımız olduğu halda, 1500 xəstə var. Bu da imkan verir ki, sərtləşməyə getməyək. Ancaq xəstəxanalarda çarpayıların çatışmazlığı səviyyəsinə gəldikdə sərtləşməyə getmək zəruri olacaq”.

Prezident köməkçisi bildirib ki, bu gün ölkədə sərt karantin rejiminin tətbiq edilib-edilməyəcəyi barədə çoxsaylı suallar verilir: “Buradan diqqətinizə çatdırmaq istəyirəm ki, bu məsələ bizim hər birimizdən asılıdır. Əgər virus artmaqda davam etməsə, sərt karantin rejimi tətbiq edilməyəcək. Qoyulan qaydalara ciddi riayət etməliyik. Lakin əgər yoluxma artmaqda davam edərsə, karantin rejiminin sərtləşdirilməsi zəruri olacaq”.

O bildirib ki, yoluxmanın artmaması üçün rayonlara gedən vətəndaşlar özlərini qorumalıdır: “Sərtləşmə qərarını hökumət birdən vermir. Sərtləşmə qərarı ilə bağlı ölkədə vəziyyət araşdırılır, epidemioloji durum qiymətləndirilir və vəziyyətə uyğun qərar verilir. Əgər yoluxma sayı artarsa, sərtləşmə ola bilər. Buna görə də vətəndaşlar maskadan istifadə etməli, qorunlmalıdır. Rayonlara gedən vətəndaşlar da özlərini qorumalı, ehtiyac olmadığı halda, bayram günlərində evdən çıxmamağa üstünlük verməlidirlər. Əgər vəziyyət idarə olunan səviyyədə qalarsa, hökumət sərtləşmə qərarı verməyəcək”.

Ş Mövsumov koronavirusun Britaniya ştamı ilə bağlı məlumat verib və qeyd edib ki, mövcud olan testlər istənilən ştamı müəyyən edir. Ola bilər ki, test verən zaman nəticə neqativ olsun, ya da testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin və test müsbət göstərsin.

O bildirib ki, Britaniya şatammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür:

“Çünki ştamlar bütün dünyaya yayılır. Hətta fantastik bir şey də deyim ki, Britaniya ştamına uyğun olaraq yerli Azərbaycan ştamı da yayıla bilər”.

Brifinqdə toy və yas mərasimlərinin, ad günlərinin keçirilməsinə qoyulan qadağa ilə bağlı sual cavablandırılıb və qeyd edilib ki, bu qadağalar qüvvədə qalır.

Bakı Metropolitenin fəaliyyətinin bərpası məsələsi isə hazırda müzakirə olunmur, metronun açılması gözlənilmir.

Prezidentin köməkçisi bildirib ki, hazırki epidemioloji vəziyyət buna imkan vermir.

“İctimai nəqliyyatı biz ya tamamilə bağlamalı, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxara bilər. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Karantin rejiminin növbəti dəfə yumşalması zamanı metronun açılması gündəmə gələ bilər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma