Narkomaniya – pis vərdişlə başlayan ciddi xəstəlik?

Narkotik asılılığı pis vərdiş kimi başlayan ciddi bir xəstəlikdir. Bir narkomanın gələcəyi tamamilə olmasa da, əsasən onu sevən qohumlarının, daha dəqiq desək valideynlərinin və ailəsinin səbrindən asılı olması heç kimsəyə sirr deyil.

TIME müxtəlif mənbələrə istinadən bildirir ki, məhz onlar hamıdan daha çox, hətta narkomanın özündən belə çox, onun sağalmasında maraqlıdırlar. Bu xəstəlikdən əziyyət çəkənlərin əzabının əsas yükü onların üzərinə düşür və təsirli müalicə axtarışında ən aktiv olanlar məhz onlardır. Uzun illər narkotik aludəçilərinin valideynləri əksəriyyəti, qəribədir ki, narkotik asılılığının xəstəlik kimi şiddətini və insan orqanizminə vurduğu zərbəni qiymətləndirmədən asılılığın ciddi xəstəliklərdən daha çox pis vərdişlərə daha yaxın olduğunu düşünürlər. Əslində bu, bədənin bütün səviyyələrini – daha yüksək beyin funksiyalarından hüceyrədaxili metabolizmaya qədər təsir edən çox ciddi bir xəstəlikdir. Bu səbəbdən də narkotik asılılığı ən çətin müalicə olunan xəstəliklərdən biridir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov Mərkəzin narkomaniyada əziyyət çəkən insanlara necə yardım göstərildiyi barədə müsahibə verib.

Narkoloji Mərkəzdə müalicə olunan vətəndaşlara etdiyiniz yardımlara nələr daxildir?

“Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsi olaraq “əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ-hüquqi aktlara uyğun fəaliyyət göstərir.

Mərkəzdə narkotik vasitələrdən istifadə edənlər, habelə sərxoşluq edən şəxslər arasında narkomaniyanın, alkoqolizmin, toksikomaniyanın və digər asılılıq hallarının meydana çıxmasının qarşısını almaq məqsədilə müalicə və profilaktika işi aparılır. Mərkəz əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını, o cümlədən alkoqol səxoşluğunun ekspertizasını həyata keçirir. Azadlıqdan məhrumetmə yerlərindən alkoqolizm, narkomaniya və toksikomaniya ilə əlaqədar məcburi müalicəyə göndərilmiş şəxslərin tibbi müayinədən keçirilməsi və müalicəsini, narkotik vasitələrdən və digər psixotrop maddələrdən sui-istifadə edən şəxslərə psixoterapevtik və əxlaqi-mənəvi yardım göstərilir.

Narkoloji müalicədə psixoloji durumun sağlamlığını necə bərpa edirsiniz?

Narkoloji Mərkəzdə müalicə alan xəstələrə dərman müalicəsi ilə yanaşı psixoloqlar tərəfindən fərdi və qrup terapiyaları şəklində psixoloji yardım göstərilir. Mövcud durumu nəzərə alaraq xəstələrə psixoloji yardımın intensivliyi artırılıb.

Pandemiya şəraitində sizin COVID-19-la mübarizəniz necə baş verir?

Koronovirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə mərkəzdə maska taxılması, sosial məsafənin qorunması, əl gigiyenasına əməl edilməsi tövsiyyələrini əks etdirən məlumatlandırıcı lövhələr vurulub. Giriş qapısında mərkəzə müraciət edən şəxslərin hərarətləri yoxlanılaraq dezinfeksiyaedici vasitələrdən istifadə edilir. İlkin olaraq Qəbul şöbəsində xəstələrin hərarətləri yoxlanılır. Əgər xəstədə hərarətin yüksək olması aşkar olunarsa, COVID-19 test müayinəsi məsləhət görülür. Qəbul olunan xəstələr birbaşa müayinə üçün rentgen kabinetinə yönləndirilir. Pandemiya ilə əlaqədar stasionar şəraitdə müalicə alan xəstələrin təhlükəsizliyi məqsədilə xüsusi karantin rejimi qaydalarına əsasən xəstə yaxınları ilə görüş qadağan olunub. Bütün otaqlar və dəhlizlər dezinfeksiyaedici məhlulla müntəzəm olaraq təmizlənir.

Mərkəzin hər zaman təhsil ocaqları ilə görüşləri, maarifləndirmə seminarları keçirilir. Pandemiya dövründə bu fəaliyyətinizi hansı şəkildə davam etdirdiniz?

Maarifləndirmək məqsədilə tədris müəssisələrində pandemiya ilə əlaqədar tədbirlər müvəqqəti olaraq təxirə salınıb. Yalnız mütəmadi olaraq Cəzaçəkmə Müəssisələrində, hərbi məktəbin məzunları, gənc zabit və əsgərlər qarşısında, KİV-də “Narkotiklərə “YOX” deyək!” narkomaniyaya qarşı onlayn şəkildə maarifləndirici-təbliğat xarakterli sual-cavab, müzakirə və diskussiyalar həyata keçirilir.

Mərkəzə edilən müraciətlərdə hansı hallar daha çox müşahidə olunur?

Son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb. Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə “metamfetamin” və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur.

Mərkəzdə neçə şəxs qeydiyyatdadır və ötən illə müqayisədə artma yoxsa azalma müşahidə olunur?

Hazırda Mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arası 12969. Qeyd edim ki, ötən il bu rəqəm 32921 olub. Amma bu artımı Respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma