Azərbaycanda elektron bank köçürmələrinin həcmi 95,7 mlrd manatadək artıb

Rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir


TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankı “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində tərəfindən dövlət qurumları və bank sektoru ilə birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin artırılması, əhalinin maliyyə savadlılığının yüksəldilməsi, habelə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ölkə miqyaslı layihələr reallaşdırılıb və bu proses davam edir.

Görülən işlər nəticəsində ölkə üzrə nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunmuş, 2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi (95.7 mlrd. manat), eyni zamanda ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi (6.4 mlrd. manat) tarixi maksimuma çatmışdır.

Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin inkişafı istiqamətində müsbət trendin qorunması, ödəniş bazarına innovativ xidmətlər təklif edən FinTexlərin cəlb edilməsi, yaşayış yerindən asılı olmayaraq ölkəmizin istənilən ərazisində əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması, habelə rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə növbəti strateji dövrün mühüm prioritet istiqamətləri müəyyən edilmişdir.

Ölkədə müasir ödəniş ekosisteminin formalaşdırılması və innovasiyaların inkişafının təşviqi ilə yanaşı, sözügedən istiqamətlər üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi də daima diqqət mərkəzində saxlanılır. Mərkəzi Bank tərəfindən ödəniş təşkilatları, elektron pul təşkilatları kimi digər bank olmayan ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinə müasir çağırışlara müvafiq olaraq açıq bankçılığın (Open Banking) hüquqi aspektləri və FinTexlərə yeni məhsul və xidmətləri təklif etməyə imkan verən tənzimləyici test rejiminin (Sandbox) tətbiqi üzrə müddəalar daxil edilmişdir. Qanun layihəsi ödəniş bazarında innovasiya və səmərəliliyi dəstəkləməklə yanaşı, ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar şəraiti yaratmaqla yüksək rəqabətliliyin formalaşmasına imkan verəcəkdir. Hazırda Qanun layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün bank sektoru və aidiyyəti dövlət qurumları ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirməkdədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma