COVID-19 PZR analizinin nəticəsini artıq onlayn əldə etmək olar

Beynəlxalq səfərlər üçün COVID-19 PZR analizinin nəticəsini artıq onlayn əldə etmək olar, bu məqsədilə elektron xidmət yaradılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi” adlı yeni elektron xidmət istifadəyə verilib. Sözügedən xidmətdən beynəlxalq səfərlər üçün COVID-19 PZR analizi verən şəxslər istifadə edə bilərlər. Elektron xidmətin yaradılmasında məqsəd həmin şəxslərin vaxtına qənaət etmək və rahatlığını təmin etməkdir.

Beynəlxalq səfər üçün COVID-19 analizi verən şəxs xidmətdən yararlanmaq məqsədilə https://travel.its.gov.az/ saytına daxil olmalıdır. Açılan pəncərədə “Doğum tarixi” xanasını doldurmalıdır. Şəxs doğum tarixini qeyd etdikdən sonra “Parametr” xanasından FİN və ya Protokol üzrə seçim etməlidir. FİN parametrini seçdikə “FİN” xanası aktivləşir və şəxs bu xanaya şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. Şəxsiyyət vəsiqəsi olmadığı halda isə (əsasən əcnəbilərin və şəxsiyyət vəsiqəsi olmayan uşaqların) Protokol parametri seçilməlidir. Bu zaman “PROTOKOL” xanası aktivləşir və şəxs bu xanaya Protokol nömrəsini daxil etməlidir. Protokol nömrəsi analiz verən şəxsin mobil nömrəsinə nəticə hazır olduqdan sonra göndərilən koddur.

Ən sonda “Axtar” düyməsi sıxılmalıdır. Bu zaman beynəlxalq səfər üçün verilən analizin nəticəsi ekranda PDF formatda əks olunur və faylı yükləmək də mümkün olur. Qeyd edək ki, sənədin doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması mümkündür. Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsinə dair təlimatla buradan tanış olmaq olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma