Azərbaycan folkloru nümunələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

– 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).”.

– 2-ci hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının dövlət büdcəsinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına” sözləri ilə əvəz edilsin və həmin cümləyə “köçürülür” sözündən sonra “və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunur” sözləri əlavə edilsin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma