Aviasiya normal hərəkətini 2024-cü ilin ikinci yarısınadək bərpa edəcək

Aviasiya sahəsinin pandemiyadan əvvəlki səviyyəyə qayıtması 2024-cü ilin ikinci yarısında gözlənilir.

Trend-in verdiyi məlumata görə, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) vitse-prezidenti Sebastyan Mikoş deyib.

Onun sözlərinə görə, 2021-ci il üçün hər hansı bir perspektiv barədə danışmaq tezdir, çünki pandemiyanın mümkün üçüncü dalğası aviasiya sahəsinə daha ciddi ziyan vura bilər:

“Bizim proqnozlarımıza əsasən, bu sahə normal hərəkətini 2024-cü ilin ikinci yarısınadək bərpa edəcək”.

O əlavə edib ki, hazırkı vəziyyətdə sərnişin daşımalarından daha çox yük daşımalarının həcmi artır.

Leave a Reply