Türkiyə Təhsil Dərnəyinin prezidenti gələcəyin məktəbi haqda danışacaq

Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlcuq Pəhlivanoğlunun gələcəyin məktəbi haqda fikirləri ilə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi yayımlanacaq proqramda tanış ola bilərsiniz.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, martın 17-si saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlcuq Pəhlivanoğludur. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, gələcəyin məktəb modelləri, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında danışılacaq.

Türkiyə Təhsil Dərnəyi (TED) Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, tedmem düşüncə qurumu, simfonik orkestrı və digər quruluşları ilə fəaliyyət göstərir.

TED-in prezidenti Səlcuq Pəhlivanoğlu həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədridir. O, 35 illik idarəçilik təcrübəsinə malikdir.

Qeyd edək ki, sözügedən proqramın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun qurucusu Toni Vaqner olub. “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla “T-network”un “Facebook” səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma