Bu gün 15 minə yaxın ağac əkilib

Yaz ağac əkini mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı silsilə ağacəkmə tədbirləri keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bütün ölkə ərazisini əhatə edən irimiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Zərdab, Ağsu, Qobustan, Ağdaş, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Gün ərzində ölkə üzrə ümumilikdə 13 hektar ərazidə 15 minə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kq-dan çox palıd toxumu səpilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi ilə Ağcabədi rayonunda keçirilən ağacəkmə tədbirində yaz əkin planına uyğun olaraq meşəbərpa işləri aparılıb. Təkcə Ağcabədi rayonunun yol kənarı meşə fondu ərazisində 6000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib.

Növbəti ağacəkmə tədbiri Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Ağsu və Qobustan rayonlarının yol kənarı meşə torpaqlarında baş tutub. Tədbir çərçivəsində 3000-dən çox müxtəlif cinsli həmişəyaşıl ağac tingi əkilib.

Xatırladaq ki, yaz ağac əkini mövsümünə martın 9-da Zəngilan rayonundan start verilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma