Vəzifəli şəxslər gəlirləri haqda bəyannamələr təqdim edəcəklər

Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar təqdim etməsi barədə yeni layihələr hazırlanıb.

Trend-in verdiyi məlumata əsasən, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində vəzifəli şəxslər tərəfindən müvafiq bəyannamələrin təqdim edilməsi barədə normativ-hüquqi akt layihələri hazırlanıb.

Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib ki, hazırda layihələr müvafiq qurumlarla razılaşdırma mərhələsindədir.

Ötən müddətdə baş verən dəyişikliklər nəzərə alınmaqla, qeyd olunan layihələrdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyayay maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxslərin siyahısı yenidən işlənilib. Eyni zamanda, maliyyə bəyannaməsinə daxil edilən məlumatların dairəsi dəqiqləşdirilib. Bununla yanaşı, maliyyə xarakterli məlumatların təqdim edilməsi müddətləri və bu məlumatların təqdim edilməsinə nəzarətlə bağlı yeni tənzimlənmələr və s. nəzərdə tutulub.

Layihələrdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar haqqında bəyannaməsinin təqdim edilməsi qaydaları və forması da müəyyən edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma