Qaz təchizatında fasilələr olacaq

“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatları abonentlərə SMS bildiriş formasında göndərməyi planlaşdırır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda bu istiqamətdə Birliyin müvafiq strukturlarında proqramlaşdırma işləri icra edilməkdədir. Qaz sızması, qəzalar, təmir-tikinti, yeni yaşayış məntəqəsi və yeni tikililərin şəbəkəyə qoşulması və digər hallarda işlərin görülməsi üçün qaz təchizatında müvəqqəti fasilənin olması zəruridir. Bu halda abonentlərin əvvəlcədən daha operativ məlumatlandırılması üçün SMS bildirişlərin göndərilməsi məqbul sayılıb.

Bu proses pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasına daxil olan 12 inzibati rayonda reallaşdırılacaq. Daha sonra bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində start veriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma