Polis itirilən qədim balaban alətlərini tapıb – VİDEO

İstedadlı Prezident təqaüdçüsünün itirdiyi qədim balaban alətləri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tapılaraq sahibinə qaytarılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bir neçə gün əvvəl Prezident təqaüdçüsü balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib.

Bundan sonra N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində N.Məsimovun çantasını tapan amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib. Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb.

N.Məsimov balabanların qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma