Bakı-Şamaxı-Yevlax avtomobil yolu bağlanıb – VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələri sərt hava şəraiti ilə bağlı bağlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yolun, 70, 115, 31, 35, 36, 40,42 və 46-cı kilometrliklərində qeyri-sabit hava şəraitindən hərəkət dayanıb.

Ərazidə baş verən çovğun nəticəsində yağan qar yolun hərəkət istiqamətinə yığılıb. Bu vəziyyət yolda avtomobillərin hərəkətinin dayanmasına səbəb olub. Artıq təhlükəsizlik tədbirləri üçün yolda hərəkət məhdudlaşdırılıb.

Əraziyə yol polisləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.

Leave a Reply Cancel reply