Avropa ölkələri peyvənd olunanların ölümü səbəbi ilə AstraZeneca vaksininin istifadəsini dayandırıb

Avropa İttifaqının bir sıra ölkəsində AstraZeneca şirkətinin COVID-19 əleyhinə istehsal etdiyi vaksinlərin istifadəsi dayandırılıb.

TIME internet portalı  RadioSputnik xəbər portalının məlumatına istinadən bildirir ki, Bolqarıstanda, Avstriya, Latviya, Litva, Estoniya və bir sıra digər ölkədə AstraZeneca şirkətinin ABV 5300 partiyasından olan vaksinlərinin istifadəsini müvəqqəti dayandırılıb. Şirkətin istehsal etdiyi vaksinlərin ABV 2856 partiyası İtaliyada peyvənd olunanlarda fəsadlar yaradıb.

Məlumata əsasən Ümümdünya Səhiyyə Təşkilatı qeyd edir ki, AstraZeneca vaksinlərinin xeyri ziyanından çox olduğu üçün onun istifadəsini dayandırmağa ehtiyac yoxdur.

Qeyd edək ki, vaksin tromboemoliya kimi bir fəsad yaradır, bu isə insan orqanizmində trombların yaranmasına gətirib çıxarır. Peyvənd olunanların arasında vəfat edənlər olduğu üçün yuxarıda qeyd edilən ölkələrlə yanaşı vaksinasiya Kiprdə, Norvecdə, İslandiyada və Danimarkada müvəqqəti dayandırılıb ki, Avropa dərman vasitələri agentliyi yazılı formada dəqiq şəkildə diaqnozu təsdiqləsin və preparatın istifadə edilməsinə icazə verib vermədiyini bildirsin.

Məlum olduğu kimi yaxın zamanda Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda da AstraZeneca 432 min doz vaksininin istifadəsinə başlanacaq. Bunu nəzərə alaraq TIME İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin çağrı mərkəzinə müraciət edib və qurumun əməkdaşı doktor Hüseynova ölkəmizdə vaksinasiyanın könüllü keçirildiyini qeyd edib:

“Azərbaycanda hər bir vətəndaş vaksinasiyada könüllü iştirak edir və öz orqanizminin ümumi vəziyyətinə görə bu prosesdə iştirak edə bilər və ya imtina edə bilər. Vaksinlərin ümumi göstərişlərində onların insan orqanizmində bu cür fəsad yarada biləcəyi haqda məlumat yoxdur”, – deyə o qeyd edib.

Leave a Reply