Qida təhlükəsizliyi haqda yeni video layihəyə start verilib – VİDEO

Verilişin ilk mövzusu yeni qəbul edilən sanitariya norma və qaydaları olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni “Təhlükəsiz qida” video layihəsi ilə çıxış edib.

Agentliyin Facebook səhifəsində canlı yayımlanan verilişdə ictimaiyyəti maraqlandıran sualları AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin əməkdaşı İradə Hüseynli cavablandırıb.

Aprelin 1-dən qüvvəyə minən qida məhsulları və qida obyektlərinə dair gigiyena tələblərində qida məhsulları sahəsində fəaliyyət göstərən işçilərin icbari tibbi müayinədən keçməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Verilişdə bitki yağları adlandırılan yağların keyfiyyətindən danışılıb və qeyd edilib ki, Azərbaycanda bu yağların minimum keyfiyyət tələbləri müəyyən edilib.

Belə bir sənədin indiyədək mövcud olmadığını bildirən İ. Hüseynli qeyd edib ki, sənəddə 30 adda bitki yağının adı qeyd edilib: “Onların hər birində yağ turşusu nisbəti fərqlidir. Eyni zamanda, digər göstəricilər arasında da fərqlər qeydə alınır”.

İ.Hüseynli qida təhlükəsizliyi üzrə yeni sənədlərin hazırlanması, köhnəlmiş qaydaların yenilənməsi üçün işlərin aparılacağını söyləyib.

Agentliyin rəsmisinin sözlərinə əsasən, AQTA tərəfindən qəbul edilən yeni sanitariya norma və qaydalar və aprelin 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma