Pensiyaların tam olaraq ödəniləcəyi vaxt açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların martın 16-dək tam olaraq ödəniləcəyini bildirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, martın 16-da eyni zamanda güzəştli pensiyalarda ödəniləcək.

“Respublika üzrə pensiyaların mart ayının 16-sı tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək”, – deyə fonddan açıqlama veriblər.

Mart ayının 1-i tarixinə olan məlumata əsasən, yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən yuxarıdır. Onların 60 faizini qadınlar, 40 faizini isə kişilər təşkil edir.

Опубликовано Dövlət Sosial Müdafiə Fondu Среда, 10 марта 2021 г.

Qeyd edək ki, mart ayının 1-i tarixinə olan məlumata əsasən, yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən yuxarıdır. Onların 60 faizini qadınlar, 40 faizini isə kişilər təşkil edir.

Leave a Reply