Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Pandemiya elan edildən bu günədək ölkədə ümumilikdə 238 383 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, ötən müddət ərzində isə ümumilikdə 2 682 116 test aparılıb.
