Kənd təsərrüfatında çalışanlarla müqavilələr yeni qaydada bağlanacaq

Azərbaycanda qeyri-formal məşğulluğun müəyyən bir hissəsi kənd təsərrüfatının payına düşür.

Beləki, kənd təsərrüfatı sahəsində mövsümi işlərə cəlb edilən insanlarla əmək müqavilələrinin bağlanmasında müəyyən problemlər var idi. Lakin Əmək Məcəlləsinə edilən son dəyişikliklər bu problemin aradan qaldırılmasına yönəlib.

Trend-in verdiyi məlumata əsasən, Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər kənd təsərrüfatında mövsümi müddətli əmək müqavilələri bağlamağı qadağan etmir:

“Belə ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun olaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür. Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümi işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək”.

Deputat bildirib ki, məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər.

V.Bayramovun sözlərinə görə, dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir: “Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsini yolverilməz hesab etsə də bu, müddətli əmək müqavilələri bağlamağı qadağan etmir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma