Vətən müharibəsi qazilərinin mühərrikli təkərli oturacaqla təminatına başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Vətən müharibəsində yaralanmış qazilərimiz – Abdulla Abdullayev, Camal Alxasov, Natiq Salahov, Vüqar İbrahimov və İntiqam Əkbərov mühərrikli təkərli oturacaqla təmin ediliblər.

Tədbirdə Agentliyin sədri Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərimizlə bağlı geniş miqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini  vurğulayıb. O bildirib ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.

Son iki ildə 11 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib. Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradılıb. 

Agentlik sədri qazilərin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatına başlandığını, artıq 15 hərbçinin yüksək texnologiyalı protezlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini qeyd edib. Əlavə olaraq postmüharibə dövründə 210 qaziyə də 1220 reabilitasiya vasitəsi verildiyini diqqətə çatdırıb.

C.Əbdül-Qədirov  bildirib ki, eyni zamanda, müharibədə yaralanmış qazilərimizin də mühərrikli təkərli oturacaqlarla təminatına başlanır. İlk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli   oturacaqlar təqdim olunacaq.

Bütün bunlar ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həm reabilitasiya infrastrukturunun, həm də reabilitasiya texnologiyalarının müasirləşdirildiyini göstərir.  

Yeni təkərli oturacaqlar Türkiyənin Wollex sirkəti tərəfindən istehsal olunub. Yük götürmə qabiliyyəti 120 kq olan bu oturacaqlar mühərrik əsasında işləyir və standartlar daxilində 12 dərəcəli enişdə hərəkət edə bilir. Enerji ilə tam təmin olunduğu halda 20 km məsafə qət edir.

Bu oturacaq qapalı və açıq məkanlarda istifadə oluna bilər. Ön təkərləri öz ətrafları boyu tam dönmə qabiliyyətinə qabiliyyətinə malikdir. Jostiklə idarə olunur və jostik üzərində pasiyentin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq düyməsi, 5 pilləli sürət səviyyəsini tənzimləmə düyməsi yerləşir. Yeni təkərli oturacaqlar əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma