Ermənistanın Dağlıq Qarabağın flora və faunasına vurduğu zərbə balıqların kütləvi ölümünə səbəb olub

İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub.

Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin təbiətinin bərpası məqsədi ilə Zəngilan rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti və ANAMA-nın əməkdaşlarının iştirakı ilə 1000-dən çox ağac əkilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

O qeyd edib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun ağaclar əkilib.

Xidmət rəsmisinin sözlərinə görə yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işləri aparılacaq, hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma