Belarusdan Azərbaycana ağır cinayət işləmiş şəxs ekstradisiya edilib

Cinayətkar dəstənin üzvü olan Belarus vətəndaşı Azərbaycan vətəndaşlarını qətlə yetirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının  tələblərinə əsasən Belarusiya Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər

çərçivəsində Azərbaycan Respublikasının ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilmişdir.
Belə ki, Şirvan rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Kakavan Kavus Zəfər oğlunun – ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşlarından ibarət  tərkibdə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalaev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Kakavan Kavus Zəfər oğlu barəsində beynəlxalq axtarış elan edilmişdir.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Belarusiya Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma