Azərbaycanın zəngin mədəniyyəti və tarixi ilə bağlı çoxsaylı kitab Qətər Milli Kitabxanasına hədiyyə edilib

Azərbaycanın zəngin tarixi və mədəniyyəti, habelə siyasəti, iqtisadiyyatı, Qarabağın tarixi, Xocalı soyqırımı ilə bağlı çoxsaylı kitab Qətər Milli Kitabxanasına (QMK) hədiyyə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qətər Milli Kitabxanasında keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş müxtəlif mövzulu, əsasən ingilis və ərəb dillərində olan 70 kitabı Qətərin dövlət naziri, QMK-nin prezidenti Həməd bin Əbdüləziz Əl-Kavariyə təqdim edib.

Tədbirdə çıxış edən səfir mədəni fəaliyyətlərin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində əvəzolunmaz rolunu vurğulayıb. Bildirib ki, təqdim edilən kitablar Azərbaycanın tarixi, siyasəti, mədəniyyəti və incəsənəti ilə bağlı ictimai bilikləri dərinləşdirməyi hədəfləyir. Səfir Rəşad İsmayılov bu mənbələrin kitabxananın oxucuları üçün Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradacağına əminliyini ifadə edib.

Qətərin dövlət naziri Həməd Əl-Kavari qeyd edib ki, Ön Asiya regionu ərəb və İslam mədəniyyətləri ilə köklü tarixi bir əlaqəyə malikdir. Bu, həmin regionun ölkələri ilə kitab və bilik mübadiləsində xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı kitabları paylaşdığına görə səfirliyə təşəkkür edib.

Kitabların rəsmi təqdimat mərasimindən sonra səfir R.İsmayılov Qətər Milli Kitabxanası ilə yaxından tanış olub. Burada səfirə kitabxananın elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib. Səfir kitabxananın şöbələrini və oxu zallarını ziyarət edib, həmçinin orada saxlanılan nadir əlyazma nüsxələri ilə tanış olub.

Tədbir Qətər mətbuatında da geniş işıqlandırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma