Türkiyənin Mersin vilayətində Akkuyu atom elektrik stansiyasının üçüncü nüvə reaktorunun təməlqoyma mərasimi keçirilib.
Trend-in verdiyi məlumata əsasən, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında iştirak ediblər.
Qeyd edək ki, 4 reaktordan ibarət olacaq stansiya 5 min meqavatta yaxın enerji istehsal edəcək.
Mərasimdə çıxış edən V. Putin bildirib ki, AES 2023-cü ildə istismara veriləcək.