Təbii yataqların işlənməsinə nəzarət sistemi yaradılacaq

Yer təkində təbii yataqların istifadəsinə nəzarət məqsədi ilə vahid monitorinq sistemi yaradılacaq.

TIME Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında çıxışına istinadən bildirir ki, gələcəkdə monitorinq sistemi təkmilləşdiriləcəyindən canlı şəkildə yerlərə baxış keçirilməsinə ehtiyac olmayacaq. “Azərkosmos”un imkanlarından və digər müasir texnologiyalardan istifadə edilməklə yerlərdə sahibkarların fəaliyyəti izləniləcək.

S.Qurbanov qeyd edib ki, Yer təkinin istifadəçilərinin vahid pəncərə platfoprmasının yaradılması, ona verilən sənədlərin orada əksinin tapılması, elektron icazənin verilməsinin təmin edilməsi nəzərdə tutulur.

Agentlik sədri bildirib ki, sahibkar elektron platfortma üzərindən müəyyən işlərini həyata keçirə biləcək. Bu platformasnın e-hökumət sisteminə inteqrasiyası gözlənilir. Bunun nəticəsində dövlət tərəfindən hər bir sahibkarın fəaliyyətinə ciddi nəzarət edilə biləcək:

“Bundan başqa, ödənişlərin, geoloji kəşfiyyat hesabatların həmin sistem üzərindən edilməsi gözlənilir. Gələcəkdə Yer təkinin elektron hərrac yolu ilə istifadəsi planlaşdırılır”.

S.Qurbanov əlavə edib ki, innovativ yeniliklərinin bir hissəsi bu ilin sonunadək istifadəyə veriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma