İkili diplom proqramına sənəd qəbulu başlanıb

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, proqram üzrə ixtisaslar “Təhsil və insan inkişafı”, “Təhsil siyasəti və liderlik” (CVU),  “Menecment”dir (təhsilin təşkili və idarəolunması) (ADPU).

Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

Proqram üzrə sənədlərin son qəbul tarixi 20 aprel 2021-ci ildir. İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma