COVID-19 pandemiyası və sonrakı dövrdə səyahət şərtləri və turizm yenilikləri saytı yaradılıb

Martın 5-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm sahəsində COVID-19 əleyhinə mübarizəyə həsr edilmiş işçi qrupunun onlayn iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, işçi qrupunun iclasında QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin baş katibi Maykl Kristides, Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Departamentinin direktor müavini Piter Yanek, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Moldova, Rumıniya və təşkilata üzv olan digər dövlətlərin 30-a yaxın nümayəndəsi iştirak edib.

Üzv dövlətlər tərəfindən COVID-19-a qarşı həyata keçirilən tədbirlər, turizm sektorunun bərpası istiqamətində indiyədək görülmüş işlər, həmçinin bu sahədə planlaşdırılan tədbirləri müzakirə etmək məqsədilə keçirilən iclasda sözügedən məsələlərə dair birgə bəyannamənin layihəsi hazırlanıb. Həmçinin onlayn görüşdə üzv ölkələrin mütəmadi olaraq turizmlə bağlı COVID-19 pandemiyası və sonrakı dövr ərzində əsas xəbər və yeniliklərin QDİƏT Katibliyinə göndərilməsi barədə razılıq əldə edilib.

Qeyd olunan məlumatlar pandemiya dövründə üzv ölkələrə səyahət şərtləri və turizm sahəsi ilə bağlı yeniliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə QDİƏT tərəfindən yaradılan onlayn platformada (http://www.bsec-covidinfo.org) yerləşdiriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma