Miqrantlar İş icazəsini necə yenidən rəsmiləşdirə bilərlər?

Ölkəmizdə yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yenidən iş icazəsinin alınması proseduru haqda Dövlət Miqrasiya Xidməti xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iş icazəsinin yenidən rəsmiləşdirilməsi məqsədilə ASAN Xidmət Mərkəzlərinə, ASAN Xidmət Mərkəzlərinin olmadığı ərazilərdə isə Regional Miqrasiya İdarələrinə müraciət edə bilərsiniz.

Ölkəmizdə yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə! #DövlətMiqrasiyaXidməti #DMX Ətraflı:https://migration.gov.az/az/news_detail/14420

Опубликовано Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Вторник, 2 марта 2021 г.

İş icazəsinin yenidən rəsmiləşdirilməsi məqsədilə ASAN Xidmət Mərkəzlərinə, ASAN Xidmət Mərkəzlərinin olmadığı ərazilərdə isə Regional Miqrasiya İdarələrinə müraciət edə bilərsiniz. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

  1. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun surəti
  2. Hüquqi şəxsin adının dəyişilməsi hallarında dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri
  3. Digər sərhədkeçmə sənədinin surəti
  4. Ərizə

Qeyd: Tələb olunan sənədlərin hər biri kağız və elektron formada təqdim edilməlidir.

Leave a Reply