Ərzaq təhlükəsizliyinin təmin olunması və gömrük statistikasının təkmilləşdirilməsi üzrə qərar qəbul olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 № li Qərarına əsasən Ərzaq təhlükəsizliyinin təmin olunacaq və xarici ticarətin gömrük statistikası təkmilləşdiriləcək. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” qərara edilmiş dəyişiklik statistik məlumatların əhatəliliyini təmin etmək məqsədi daşıyır.

Belə ki, qərara edilmiş dəyişiklik idxal edilən buğdanın və digər ərzaq təyinatlı məhsulların təsnifatı barədə (növləri üzrə)  daha geniş məlumat əldə etməyə imkan verəcək.

Leave a Reply Cancel reply