İlk peşə-ixtisas təhsili müəssisələrində buraxılış imtahanları nə vaxt olacaq?

Buraxılış imtahanı iştirakçıları DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi 7 mart 2021-ci il tarixində ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcəkdir. Bu imtahanda iştirak edəcək şagirdlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” müvafiq təhsil müəssisələri tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.

Leave a Reply