Vəhşi Təbiət Günü Milli parklara giriş pulsuz olacaq

“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir.

Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il “Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir.

Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, vəhşi təbiətin oyanışını, baharın ilk əlamətlərini, göz oxşayan dəyişikliklərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin özünəməxsus tünd qoxusunu duymaq, füsünkar gözəlliklərdən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət etməyi tövsiyyə edir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşir.Milli parklardan çəkilən fotoları təqdim edirik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma