Sabah hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.

TIME Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadən bildirir ki, martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Martın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Martın 3-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq:

Martın 3-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Azərbaycanın rayonlarında martın 3-də, əsasən dağlıq və dağətəyi ərazilərdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma