Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkiləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

Trend-in verdiyi məlumata əsasən, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.

Onun sözlərinə görə, R.T.Ərdoğanın tapşırığı ilə Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək.

“Türkiyə prezidentinin tapşırığı ilə Qarabağ zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı barədə ortaq serial və film layihələrini həyata keçirəcəyik. Bu cür layihələrin həm milli, həm də qlobal səviyyədə rəqəmsal platformalarda yer almasını təmin etməklə tarixi birliyimizi ən güclü şəkildə vurğulayacağıq”.

O əlavə edib ki, iki ölkə tarixi hadisələrlə yanaşı, ortaq dəyərləri gündəmə gətirən sərgi, simpozium və digər tədbirləri də təşkil edə bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma