Bakıda 4 marşrut xətti üzrə hərəkət sxemi müvəqqəti dəyişdirilib

İbrahimpaşa  Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində  (Tenis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaratmışdır. 

TIME Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına istinadən bildirir ki, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşağıda qeyd olunan qaydada təşkil edilib.

  • 6, 88 və 88 A  nömrəli müntəzəm marşrutlar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə təşkil edilib.
  • 88 nömrəli müntəzəm marşrut “Azadlıq prospekti” metrostansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə təşkil edilib.
  • 202 nömrəli müntəzəm marşrut “Nəriman Nərimanov ” metrostansiyası istiqamətində Süleyman Sani Axundov – Şövkət Məmmədova küçələri ilə təşkil edilib.

Leave a Reply