Bahar Muradova: Gənclərimizi bu həyatdan ayrılmağa vadar edən amillərdən imtina etməliyik

Cəmiyyətin nüvəsi olan ailə elə olmalıdır ki, orada qorunmalı olan qız və qadınlar təhlükəyə məruz qalmasınlar. Biz bu istiqamətdə hədəf qruplarını düzgün müəyyən etməliyik.

Trend-in verdiyi məlumata əsasən, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bəzi ailələrdə qız və oğlan uşaqları köhnə adət-ənənə ilə yaşamaq istəmədikdə, düşüncəsinə görə daha müasir yanaşma ilə hərəkət etmək istədikdə gənc nəsil ilə yaşlı nəsil arasında ziddiyyətələr yaranır.

B.Muradova istənilən cəmiyyətin ailədə qadına münasibəti ilə seçildiyini da xatırladıb:

“Bəzi hallarda mənfi stereotiplərin milli-mənəvi dəyər, adət-ənənə adı ilə cəmiyyətdə qalmasına çalışılır. Daşlaşmış stereotiplərin aradan qaldırılması üçün hər kəs hərəkət etməlidir. Bu məsələdə mətbuatın rolu xüsusilə vacibdir. Bəzən ailədəki məsələlər barədə danışılarkən fikir əsas problemə deyil, başqa məsələlərə yönəldilir. Buna görə də bu istiqamətdə ictimai müzakirələr aparılmalı, layihələr reallaşdırılmalıdır. Bu layihələr reallaşdırılır. Ancaq çox təəssüf ki, biz istədiyimiz nəticəni ala bilmirik. Düşünürəm ki, zorakılıq göstərən şəxslər bu layihələrin əsas hədəf qrupları olmalıdırlar. Atalarla, ailə başçıları ilə, ailədəki gənc oğlanlarla belə layihələrin həyata keçirilməsi məqsədəuyğun sayılır. Biz bu istiqamətdə səylərimizi göstəririk”.

Komitə rəhbəri cəmiyyətdə kişilər intihar hallarına daha çox meyil etdiyini qeyd edərək, insanları intihar etməyə məcbur edən adətlərdən imtina etməyə çağırıb.

“Cəmiyyət olaraq əl-ələ verib bu problemin üzərinə getməyi bacarmalıyıq. Ailədə bizim vəziyyətimizə nə mane olursa, çətinlik yaradırsa, gözəl arzuları olduğu halda, gənclərimizi bu həyatdan ayrımağa nə vadar edirsə – cəmiyyət bütün bunlara səbəb olan amillərdən imtina etməyə hazır olmalıdır. Ailələrlə bağlı işlər yalnız dövlət komitəsi tərəfindən deyil, digər müvafiq qurumlar tərəfindən də aparılır. Bu məsələ yalnız bizim nəzarətimizdə deyil. Bir sıra dövlət orqanları və ictimai təşkilatlar da bu prosesə qatılmalıdırlar”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma