Qiymətli kağızların dövlət qeydiyyatına dair təlimat hazırlanıb

Mərkəzi Bank kapital bazarı sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi çərçivəsində qiymətli kağızlarının dövlət qeydiyyatını və qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini aparır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qiymətli kağızların qeydiyyatına dair tələblər müxtəlif qanunvericilik aktlarını əhatə etdiyi üçün emitentlərin səhm və korporativ istiqrazların dövlət qeydiyyatına alınması məqsədilə Mərkəzi Banka təqdim etdikləri sənədlərin bir çox hallarda qanunvericiliyin tələblərinə tam uyğun tərtib olunmaması müşahidə olunur. Bu isə Mərkəzi Bank tərəfindən müraciətlərə baxılması zamanı qeydiyyat prosesinin uzanmasına və kapital bazarından maliyyələşmək istəyən emitentlərin əməliyyat çevikliyinin azalmasına səbəb olur.

Qeyd olunan çatışmamazlıqların aradan qaldırılması və qiymətli kağızların qeydiyyatı prosesinin operativliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən emitentlər üçün təlimat hazırlanıb. Təlimatda səhm və istiqrazların emissiyası prosedurları vahid sənəddə ümumiləşdirilib, qiymətli kağızların dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması ilə bağlı tələb olunan sənədlər və onların hazırlanması zamanı qanunvericiliklə müəyyən olunmuş tələblər ətarflı qeyd edilib.

Təlimat ilə Mərkəzi Bankın rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz: https://www.cbar.az/page-473/issuers

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma