İyul ayında pensiya yaşı yenə artırılacaq – SƏBƏBLƏR

Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu hədd də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq”.

Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı iddiaları biz də eşidirik, amma bu iddiaların heç bir əsası yoxdur.

Elnur Abbasov deyib ki, hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil:

“Bununla bağlı mütəmadi olaraq, araşdırma aparılır, sosial-iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan bir neçə ölkənin təcrübəsi davamlı olaraq öyrənilir”.

E. Abbasov qeyd edib ki, elm və texnikanın inkişafı insanların ömrünün uzanmasına səbəb olub:

“Bunu beynəlxalq təşkilatlar da deyir. Həyat səviyyəsinin yaxşılaşması, ömür uzunluğunun artması nəticəsində pensiya yaşı bütün ölkələrdə mərhələli şəkildə artır. Bu gün elə ölkə tapmaq olmaz ki, o, pensiya yaşını mərhələli şəkildə artırmasın”.

Nazirliyin şöbə müdiri onu da bildirib ki, Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Həmin vətəndaşların topladıqları sığorta kapitalı artıq bitib:

“Azərbaycanda gözlənilən ömür uzunluğu 77 il, pensiyaya çıxma yaşı isə 65-dir. Arada 12 il fərq var. Bu gün Azərbaycanda 1 milyon 232 min pensiyaçı var. Biz vətəndaşın topladığı sığorta haqqını ona 12 il ərzində ödəməyi planlaşdırırıq. Əgər vətəndaş pensiyaya çıxdıqdan sonra 12 ildən çox yaşayırsa, onun pensiyasını kəsmirik. Məsələn, 90 yaşa çatan insanlar var ki, onlar pensiya almağa davam edirlər. Bu insanların topladıqları pensiya kapitalı artıq çoxdan bitib. Bu gün biz onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam etdiririk”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma