Direktorların işə qəbulu üzrə növbəti imtahanlar nə vaxt olacaq?

Növbəti mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cari ilin 6-7 mart tarixlərində respublika üzrə Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək.

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.

Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək. İmtahanda fevral ayının 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və səhv cavablandırdığı suallarla tanış ola bilərlər.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Namizədlər aşağıdakı linklərə daxil olaraq test imtahanı proqramı və izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərlər: https://edu.gov.az/upload/file/xeber/2020/10/test_imtahan_proqrami.pdf https://edu.gov.az/uploads/news/02/test-numuneleri.pdf

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma