“IDEX-2021”-də Azərbaycan rəsmiləri konstruktiv görüşlər keçiriblər

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisinin ikinci günündə Azərbaycan Respublikası müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanovicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev nazirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Səmimi görüşdən məmnunluq duyduğunu bildirən nazir Nebojsa Stefanovic Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Sərgi çərçivəsində nazir M. Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Mədət Quliyev Baş nazirin müavinindən  Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib. Hər iki görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Qeyd edək ki, Azərbaycan Abu-Dabidə keçirilən IDEX/NAVDEX-2021 Beynəlxalq Müdafiə Sərgilərində ilk dəfədir ki, iştirak edir.
Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur. “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma