Baş Prokurorluq Ermənistanın cinayətlərini ifşa edən videoçarx hazırlayıb – VİDEO

Təcavüzkar Ermənistan Respublikasının beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin davamı olaraq videoçarx hazırlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən azərbaycan, rus və ingilis dillərində qeyd edilən mövzuda videoçarx hazırlanıb.
Videoçarxda ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı Ermənistan silahlı qüvvələrinin cinayətləri barədə informasiyalar yer alıb.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb.
Vurğulanıb ki, Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
Həmçinin, qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma