Pasi Sahlberg Finlandiyanın uğurlu tədris təcrübəsi haqda vebinarda

20 fevral saat 11:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu dəfə verilişin qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberg olacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramda Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəblərindən danışılacaq.

Pasi Sahlberg həm də Finladiya təhsil sistemini dünyaya tanıdan professor olaraq məşhurdur. Karyerasına müəllim kimi başlayan Pasi Sahlberg fəaliyyətini Finlandiya Təhsil və Mədəniyyət Nazirliyində baş direktor, Harvard Universitetinin qonaq professoru, Dünya Bankının baş təhsil mütəxəssisi, Avropa Təlim Fondunun aparıcı təhsil mütəxəssisi kimi davam etdirib. Azərbaycan, Türkiyə, Orta Şərq və Rusiya Federasiyası da daxil olmaqla dünyanın bir çox təhsil liderlərinin məsləhətçisi olub. Hazırda Avstraliyanın “New South Wales” Universitetinin təhsil siyasəti üzrə professoru, Şotlandiyanın birinci naziri və Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin beynəlxalq müşaviridir. Harvard, Toronto, Stanford, Columbia, Vanderbilt, King’s College London, Melbourne və digər universitetlərdən çıxış üçün dəvət alan professor təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı kimi mövzulardan danışır. Bir çox nüfuzlu mükafatlar, eləcə də müəllifi olduğu “Fin dərsləri: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələri öyrənə bilər?” (Finnish Lessons: What Can the World Learn from Educational Change in Finland) adlı kitabı ilə dünyanı dəyişdirmə potensialı ideyasına görə “Grawemeyer” mükafatını qazanıb.

Pasi Sahlberg “Uşaqlar oynasın: oyunlar məktəblərimizi xilas edəcək və uşaqları inkişaf etdirəcək” (Let the Children Play: How more play will save our schools and help children thrive) və “Müəllimlərə güvənirik: dünya səviyyəli məktəblər üçün Fin yolu”  (In Teachers We Trust: The Finnish way to world-class schools) kitablarının həmmüəlifidir. 2021-ci ildə “Fin dərsləri 3.0: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələr öyrənə bilər?” (Finnish Lessons 3.0: What Can the World Learn from Educational Change in Finland) adlı yeni kitabı çap edilib.

Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olub. “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un “Facebook” səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma