Azərbaycan və Türkiyə Naxçıvan dəhlizinin vacibliyini bir daha vurğulayıb – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni təşəbbüs – “3+3” formatını irəli sürüb. Bu təşəbbüsün reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir.

TIME bildirir ki, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq, həmçinin turizm sahəsində əlaqələrin inkişafına ciddi təkan verəcək.

Azərbaycanın baş naziri çıxışında qeyd edib ki, Türkiyə səfərinə böyük əhəmiyyət verir: “Əminik ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək. Forum çərçivəsində iş adamlarımız bir araya gələrək gələcəkdə atılacaq addımları müzakirə edəcəklər”

Baş nazir qeyd edib ki, bu iki dost və qardaş xalq arasında olan münasibətlər çərçivəsində bütün sahələrdə sıx əməkdaşlıq edirik: “Koronavirus pandemiyası iqtisadi əlaqələrimizə təsirsiz ötüşməyib. Lakin ticarət dövriyyəsinin azalması elə də əhəmiyyətli olmayıb. Biz birlikdə pandemiyanın öhdəsindən gələndən sonra ticarət dövriyyəsində azalma aradan qaldırılacaq. Bunun üçün imkanlarımız var”.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda yaxın gələcəkdə Ticarət Nümayəndəliyi yaradılacaq.

Nazir qeyd edib ki, bu, Azərbaycanın Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma