Ölkələr arasında dövlət və özəl sektorda imzalanan ticarət sazişlərinin ümumi dəyəri 100 milyon dollardan çoxdur.
Trend-in verdiyi məlumata əsasən, sənədlər bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumu çərçivəsində imzalanıb.
Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədardır.
Qeyd edək ki, Türkiyə-Azərbaycan İş Forumunda 150 özəl sektor nümayəndəsi qatılıb. Azərbaycan tərəfindən isə forumda Baş nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak edir.