İlk Dünya Korporativ Şahmat Çempionatına az qalıb – CANLI YAYIM

Fevralın 19-dan 21-ə kimi Chess.com saytında “online” formatda Korporativ Şirkətlər üzrə ilk Dünya Şahmat Çempionatı keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu mötəbər yarışda dünyanın “Global 500” siyahısında yer alan Facebook, Google, Morgan Stanley, Gazprom kimi nəhəng şirkətləri ilə birlikdə SOCAR da “ən intellektual korporativ şirkət” adı uğrunda mübarizə aparacaqdır. Azərbaycan şirkətini yarışda üç həmkarı – Baş Ofisin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin böyük mühəndisi Samir Kərimov, Azneft İB-nin Qazma mühəndisliyi və əməliyyatlar Departamentinin böyük mühəndisi Cavid İbişov, Baş Ofisin Keyfiyyət idarə edilməsi sisteminin təşkili Departamentinin böyük mühəndisi Aliyə Cəlilova təmsil edəcəklər.

Nizamnaməyə əsasən hər bir iştirakçı şirkət FİDE reytinqi 2500-ü keçmiş bir peşəkar şahmatçı dəvət edə bilər. SOCAR-ın maraqlarını yarışda gənc qrossmeyster, Azərbaycan yığma komandasının üzvü Nicat Abbasov (FIDE reytinq: 2664) qoruyacaq.

Çempionatı YouTube-da canlı yayımda izləmək olacaq.

Leave a Reply Cancel reply