Gürcüstandan qanunsuz siqaret idxalının qarşısı alınıb

Müxtəlif markalı siqaretlər yük avtomobillərində aşkarlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Belə ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn üç yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8500 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Leave a Reply Cancel reply