Ekspress xətlərə ehtiyat avtobusları çıxarılır

Bu gün 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2 130 ədəd avtobus xətlərə çıxarılıb.

Trend-in verdiyi məlumata əsasən, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, əlavə olaraq metrostansiyalar istiqamətlərində ekspres xətlər üzrə 100-ə yaxın ehtiyat avtobus cəlb edilir:

“Məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən, gün ərzində 2,1 – 2,2 milyondan artıq sərnişin səfər sayı qeydə alınır. Lakin yollarda olan sıxlıq və tıxac halları birbaşa avtobusların hərəkətini də çətinləşdirir. Belə olan halda xətlərə əlavə avtobusların cəlb olunmasının bir mənası da qalmır. Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, avtobus zolağının tələbinə və dayanma-durma, parklanma qaydalarına mütləq formada əməl etsinlər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma