Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.
Trend-in verdiyi məlumata əsasən, bunu “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Yanvar ayında Bakıda mənzillərin kirayəsi bazarında ay ərzində 2.41% artım var. Ötən illə müqayisədə isə mənzillərin kirayə qiyməti 14.41% azalıb.
Ekspert vurğulayıb ki, fərdi yaşayış və bağ evlərinin kirayəsində həm ay ərzində, həm də il ərzində artım qeydə alınıb.
Onun sözlərinə görə, ay ərzində 1.76%, ötən illə müqayisədə isə 11.91% artım müşahidə olunub.